Əfv Komissiyasının növbəti iclası keçirildi - Yeni

19 May 2022 18:00 (UTC+04:00)

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda 100-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iki iclasında əfvlə bağlı 500-dən artıq müraciətə baxılıb.

15:06

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, iclasda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.

İndiyədək Komissiyanın iclaslarında ümumilikdə əfvlə bağlı 400-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.