15 yaşadək şəxslərin əlilliyində əmək qabiliyyəti nəzərə alınmayacaq

19 May 2022 16:23 (UTC+04:00)

Azərbaycanda 15 yaşadək şəxslərin əlilliyinin qiymətləndirilməsi zamanı əmək fəaliyyəti bacarığı nəzərə alınmayacaq.

Teleqraf.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qaydaya yeni bənd əlavə edilib. Yeni bəndə əsasən, əlilliyin qiymətləndirilməsi zamanı 15 yaşınadək şəxslərdə əmək fəaliyyəti bacarığı dəyərləndirilməyəcək.