Putinə o səlahiyyət verilir ki, Rusiyadan kənarda... - Skandal layihə

19 May 2022 17:53 (UTC+04:00)

Rusiyalı deputatlar Dövlət Dumasına prezidentin səlahiyyətlərini genişləndirən qanun layihəsi təqdim ediblər. Qanun layihəsində Rusiya prezidentinə (Vladimir Putinə) Rusiyadan kənarda müvəqqəti administrasiyalar yaratmağa icazənin verilməsi tələbi yer alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.

“Ukraynanın işğal olunmuş ərazilərində müvəqqəti mülki administrasiyaların qurulması” haqqında qanun layihəsini Sergey Mironovun rəhbərlik etdiyi “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının deputatları təqdim ediblər.

“Biz Rusiya Federasiyasının ali baş komandanına, Rusiya prezidentinə lazım gələrsə, belə mülki administrasiyalar, bütün zəruri məsələləri həll etmək üçün müvəqqəti icra orqanları yaratmaq səlahiyyəti veririk”, - Mironov bildirib.