İlham Əliyev və Paşinyan görüşəcək

19 May 2022 20:12 (UTC+04:00)

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da baş tutub.