Rihanna ana oldu

20 May 2022 00:26 (UTC+04:00)

Müğənni Rihanna ana olub.

Teleqraf.com xəbər verir ki, 34 yaşlı barbadoslu ifaçının oğlu dünyaya gəlib. Uşaq mayın 13-də doğulub.

Rihanna ilə körpənin atası reper A$AP Rokki ilə münasibəti ötən ildən başlayıb.

Daha əvvəl mediada müğənninin qızı olacağı ilə bağlı xəbərlər yayılmışdı.