Bakıda dava - gənc oğlan bıçaqlandı

20 May 2022 08:29 (UTC+04:00)

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

1990-cu il təvəllüdlü Ədilov Nicat Qalib oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.