Astarada məktəb yandı

20 May 2022 10:45 (UTC+04:00)

Astara rayonunun Kakalos kəndində ümumi sahəsi 200 m² olan və fəaliyyət göstərməyən birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə,yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.