İlham Rəhimovun kitabı Türkiyədə çap olundu

20 May 2022 14:41 (UTC+04:00)

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Din və Cəza” kitabı Türkiyədə çap edilib.

Teleqraf.com xəbər verir ki, kitab “Beynəlxalq Qaradəniz-Xəzər Ölkələri Hüquqşunasları Birliyinin” Türkiyə təmsilçiliyinin təşəbbüsü ilə professorun 70 illik yubileyi münasibətilə bu ölkədə dərc edilib.

“Din və Cəza” əsəri bu günə qədər Azərbaycanda, Rusiyada, Böyük Britaniyada və Almaniyada dərc edilib.