Prokuror "Lotu Quli"nin adamına 16 il cəza istədi

20 May 2022 17:30 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Vüsal Axundovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Vüsal Axundovun 16 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Vüsal Axundov əmisi oğlu Emin Axundovun əmlakını ələ keçirib.

Belə ki, V. Axundov sahibkar əmisi oğluna kriminal avtoritet "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu gələrək onun 12 milyon manatlıq pul və əmlakını ələ keçirməkdə ittiham olunur.