Xarkovda Mədəniyyət evi bombalandı

21 May 2022 00:43 (UTC+04:00)

Rusiya hərbçiləri Xarkov vilayətinin Lozova şəhərinin mərkəzinə raket zərbəsi endiriblər.

Teleqraf.com xəbər verir ki, raket zərbəsi nəticəsində biri uşaq olmaqla 7 nəfər yaralanıb.

Raket şəhərin mərkəzində yerləşən mədəniyyət evinə düşüb.

Xarkov vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, yanğın söndürülüb və dağıntılar təmizlənir.