Dəfnə yarpağının inanılmaz faydaları: 5 dəqiqədə...

22 İyun 2022 01:21 (UTC+04:00)

Dəfnə ağacında bitən və özünəməxsus qoxusu ilə tanınan dəfnə yarpağından uzun illərdir ki, alternativ təbabətdə və kosmetikada istifadə olunur. Yeməklərdə və şərbətlərdə də istifadə edilən dəfnə yarpağının insan sağlamlığı üçün bir çox faydası var.

Teleqraf.com xəbər verir ki, göbələk və bakteriya məhvedici kimi istifadə edilə bilən dəfnə yarpağı dəri və bədən xəstəliklərində də istifadə edilə bilər.

Dəfnə yarpağı boğaz infeksiyalarını məhv etmək üçün ideal vasitədir. Bəlğəmgətirici təsirə malik dəfnə yarpağı dəmlənərək istehlak edildikdə infeksiyaya səbəb olan mikrobları öldürür.

Yüksək hərarət zamanı dəfnə yarpağı çayı dəmləyib soyuduqdan sonra parça ilə boyun, sinə və ya alın nahiyəsinə qoymaq olar.

Gündə bir dəfə dəfnə çayı içmək böyrəkdə əmələ gələn daşların çıxarılmasına kömək edir. Bu istiqamətdə istifadə edilməsi tövsiyə edildikdə, sidik kisəsi və böyrək daşlarının əriməsinə dəstək ola bilər.

Dəfnə yarpağını toz halına salıb üzərinə su əlavə edib saç köklərinə çəkə bilərsiniz. Bunun sayəsində kəpək və ya bit kimi problemlərdən xilas olmaq mümkündür.

Dəfnə yarpağı immunitet sistemini gücləndirən təsirlərə malikdir. Bədənin xəstəliklərə davamlı olmasına kömək edir.

Dəfnə yarpağının nəyə faydalı olduğu haqqında çoxlu məlumat var. Lakin bununla bağlı bəzi yanlış məlumatlar da var. Sağlamlığınızı qorumaq üçün dəfnə yarpağı istehlak etməzdən əvvəl mütəxəssis həkiminizlə məsləhətləşmək çox vacibdir.

Yaşlanma əleyhinə olan dəfnə yarpağı hüceyrə yenilənməsini təmin etdiyi üçün xəstəliklərə qarşı qalxan rolunu oynayır. Həzm sistemindəki problemlər yalnız çox yeməkdən deyil, həm də müxtəlif amillərdən qaynalanır. Bu problemi həll etmək üçün suya 2 qram dəfnə yarpağı əlavə edin. Üzərinə bir az zəncəfil əlavə edin, 5 dəqiqə dəmləyib için. Həzm problemlərini aradan qaldıracaq.

Dəfnə yarpağının az tanınan faydalarından biri onun xolesterini tarazlaşdırılmasıdır.

Yarpağın az tanınan faydalarından biri də tərkibində şəkərin miqdarını sabitləşdirən elementlərin olmasıdır. Mütəxəssislərin məsləhətindən sonra onun şəkər balanslaşdırıcı xüsusiyyətindən yararlanmaq mümkündür. Dəfnə yarpağı qan dövranını asanlaşdırır.

Dəfnə yarpağı yalnız yeməkdə deyil, gözəl qoxusuna görə kosmetikada da istifadə olunur. Bir çox mənbələrdə misirli qadınların gözəlliklərini dəfnə yarpağına borclu olduqları qeyd edilir. Dəfnə yarpağının dəriyə parlaqlıq verməsi xüsusilə Osmanlı saray qadınlarına təsir edib.

Dəfnə yarpağı həddindən artıq istehlak edildikdə bəzi yan təsirlər də göstərə bilər. Xroniki xəstəlikləri olan, dərman qəbul edənlər, süd verən və hamilə qadınlar tərəfindən istifadə edilməsi tövsiyə edilmir.

Dəfnə yarpağının həddindən artıq istehlakı baş ağrısına, qarın ağrısı və ayaqların uyuşmasına səbəb ola bilər.