Təzyiq xəstələrinə su içmək olmaz: Mif, yoxsa həqiqət?

21 May 2022 19:59 (UTC+04:00)

Belə bir fikir var ki, təzyiqi yüksək olan insanlar su içməməlidir. Su mayedir və təzyiqi də artırır. Hətta belə xəstələrə ümumiyyətlə su içməyi qadağan edən həkimlər var.

Teleqraf.com xəbər verir ki, bu, tamamilə yanlış fikirdir.

Çünki əksər hallarda təzyiqin artması susuzluğun göstəricisidir. Nə qədər az içsək, qanımız laxtalanar, damarlar tıxnar, təzyiq yüksəlir. Yüksək qan təzyiqi isə ürək-damar xəstəliklərinə səbəb olur.⠀

Yüksək təzyiqlə gündə 8 stəkan su içmək məsləhətdir. Bu suyu isə bir dəfə yox, qurtumlarla içmək lazımdır. Bu vərdiş orqanizmdə su balansını saxlamaq üçün çox vacibdir.