ABŞ-ın kosmik gəmisi BKS-ə uğurla birləşdi

21 May 2022 08:16 (UTC+04:00)

"Boeing" şirkətinin perspektivli "Starliner" kosmik gəmisi ikinci sınaq uçuşu (Orbital Flight Test-2 - OFT-2) çərçivəsində bu gün Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla birləşib.

Teleqraf.com-un məlumatına görə, bu barədə "NASA" xəbər verib.

Məlumata əsasən, pilotsuz uçuşu həyata keçirən kosmik gəmi ABŞ-ın şərq sahili vaxtı ilə cümə günü saat 20:27-də BKS-nin ABŞ seqmentinin Harmoniya moduluna birləşib.