Suriya İsrailin hücumunu dəf etdi

21 May 2022 08:28 (UTC+04:00)

Suriyanın hava hücumundan müdafiə sistemləri Dəməşq əyalətində İsrail silahlı qüvvələrinin hücumunu dəf edib və bir neçə İsrail raketini vurub.

Teleqraf.com-un məlumatına görə, bu barədə Suriyanın "Al Ekhbariya" telekanalı bildirib.

Öz növbəsində, "Sham FM" radiostansiyası hücum nəticəsində Dəməşq hava limanı ərazisində yanğının baş verdiyini bildirib.

Qeyd olunub ki, iki reys təxirə salınıb.