Azərbaycanın bəzi rayonlarına qar yağdı - Foto/Video

21 May 2022 11:29 (UTC+04:00)

Azərbaycanın bir neçə rayonuna qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Gədəbəy, Göygöl, Daşkəsən rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.

Xidmət Azərbaycanın bölgələrindən qarlı mənzərələrlə bağlı görüntülər yayıb.