Reznikovla Pentaqon rəhbəri arasında mühüm müzakirə

21 May 2022 22:27 (UTC+04:00)

Pentaqon rəhbəri Lloyd Ostinlə Ukraynanın Müdafiə naziri Oleksiy Reznikov arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi məlumat yayıb.

Ostin Reznikovla Ukraynaya yeni hərbi yardımla bağlı mayın 23-nə planlaşdırılan ikinci koordinasiya qrupunun iclası öncəsi Kiyevin silah ehtiyaclarını müzakirə edib.

Pentaqon rəhbəri Prezident Cozef Baydenin qərarı ilə Ukrayna Silahlı Qüvvələrinin artilleriya, əks batareya radarı, hərbi maşınlar, sahə avadanlığı və ehtiyat hissələri ilə təmin edilməsi üçün əlavə 100 milyon dollar ayrıldığını bildirib.