İrəvanda aksiya keçirilir

21 May 2022 22:43 (UTC+04:00)

Ermənistan müxalifəti bu gün axşam İrəvanda 40 min nəfərin iştirakı ilə etiraz aksiyası keçirir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib.

O qeyd edib ki, hesablamalara görə, hazırda paytaxtda Milli Müqavimət Hərəkatının mitinqində 40 mindən çox insan iştirak edir.