"Tezliklə Azərbaycana gələcəyik" - Bayraqdar

21 May 2022 23:12 (UTC+04:00)

“Birinci təyyarə səhər getdi, ikinci yoldadır. Təyyarələrdən sonra biz də tezliklə “TEKNOFEST Azərbaycana gələcəyik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar özünün Tviter hesabında yazıb.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək. Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, sənaye və texnologiya naziri Mustafa Varank və digər rəsmilər iştirak edəcək.