Ərdoğan Stoltenberqə Türkiyənin şərtlərini açıqladı

21 May 2022 23:41 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, tərəflər telefon danışığı zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətlərini müzakirə ediblər.

Onun sözlərinə görə, Türkiyə NATO-nun “açıq qapı” siyasətini səmimi şəkildə dəstəkləyir və Ankaranın iki Skandinaviya ölkəsinin namizədliyinə münasibəti sırf bu dövlətlərin Türkiyə üçün mühüm milli təhlükəsizlik məsələlərində tutduğu mövqe ilə bağlıdır.

Ərdoğan qeyd edib ki, bu ölkələr fundamental məsələlər, xüsusilə də terrorla mübarizədə Türkiyə ilə açıq həmrəylik nümayiş etdirməyincə, Ankara İsveç və Finlandiyanın NATO-ya müraciətlərini müsbət qarşılamayacaq.

NATO-nun baş katibi Türkiyə lideri ilə söhbətində Türkiyənin təhlükəsizliklə bağlı narahatlığının aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.