Bərdədə birmərtəbəli ev yandı

22 May 2022 00:24 (UTC+04:00)

Bərdə rayonu, Şorəlli kəndində bir dam altında tikilən ümumi sahəsi 42 m² olan birmərtəbəli evin və ümumi sahəsi 138 m² olan tövlənin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.