Rus ordusundan Donetskə hücum - Ölənlər var

22 May 2022 00:56 (UTC+04:00)

Rusiya hərbçiləri Donetsk vilayətinə hücum həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində 7 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Rusiya ordusunun hazırda Slavyansk istiqamətində hücumu bərpa etməyə hazırlaşdığı və Liman bölgəsində əməliyyat keçirməyi planlaşdırdığı bildirilir.