Daha bir ölkədə “Meymun çiçəyi” virusu aşkarlandı

22 May 2022 01:29 (UTC+04:00)

Yunanıstanda insanların “meymun çiçəyi” virusuna yoluxma halı araşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə EODY Milli İctimai Səhiyyə Təşkilatı məlumat yayıb.

İngilis turist simptomsuz yoldaşı ilə birlikdə aşağı təzyiqlə Attikov Xəstəxanasına yerləşdirilib, onlardan analiz üçün nümunələr alınıb və laboratoriyaya göndərilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 11 ölkədə “meymun çiçəyi” xəstəliyinə 80 şəxsin yoluxduğunu açıqlayıb.