Yaponiyada güclü zəlzələ oldu

22 May 2022 10:10 (UTC+04:00)

Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ qeydə alınıb, sunami təhlükəsi yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin meteorologiya idarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Fukusima prefekturasının sahillərində olub. Zəlzələnin ocağı okeanın dibinin təxminən 30 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar, həmçinin Fukusima-1 fövqəladə atom elektrik stansiyasında fövqəladə vəziyyət barədə məlumat yoxdur. Yeraltı təkanlar Yaponiyanın bir sıra şimal və şimal-şərq prefekturalarında hiss olunub.