Qaxda ikimərtəbəli evdə yanğın oldu

22 May 2022 11:27 (UTC+04:00)

Qax şəhərində ümumi sahəsi 338 m² (hər mərtəbəsi 169 m²) olan ikimərtəbəli 6 otaq və mansardadan ibarət evin ikinci mərtəbəsində 3 otağın tavanı və mansardasının döşəməsi 60 m² sahədə yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.