“Kim Çen In təklifimə cavab vermədi” – Bayden

22 May 2022 18:12 (UTC+04:00)

Şimali Koreya dövlət mediasının məlumatına görə, ölkədə təxminən 2.5 milyon insan “qızdırma” xəstəliyinə yoluxub və tam karantin rejimi tətbiq edilməyə başlanılıb.

Teleqraf.com xəbər verir ki, testlərin olmaması və əhalinin əksəriyyətinin peyvənd edilməməsi səbəbindən Şimali Koreyada COVID-19-la bağlı durumun getdikcə pisləşəcəyi gözlənilir.

ABŞ Prezidenti Co Bayden isə Cənubi Koreyada verdiyi açıqlamada Şimali Koreya və Çinə COVID peyvəndi göndərməyi təklif etdiklərini deyib.

“Kim Çen Inın rəhbərlik etdiyi Şimali Koreyadan cavab almadıq”, - Bayden vurğulayıb.

Şimali Koreya bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının təklifindən də imtina edib.

Bayden ötən gün Şimali Koreya lideri Kim Çen Inla səmimi və ciddi olacağı təqdirdə onunla görüşə biləcəyi mesajını verib. Kim Çen In Amerika liderinin təklifinə səssiz qalıb.