Türkiyə və Azərbaycandan düşmənlərə əzələ nümayişi - Video

22 May 2022 19:09 (UTC+04:00)

Türkiyənin Qars şəhərində “Heydər Əliyev-2022” Birgə Batalyon Əməliyyat Qrupunun təlimi davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə keçirilən təlimin növbəti etapı “Yüksək Səviyyəli Müşahidəçi” günü adı ilə təşkil olunub.