Zelenski: Bu istiqamətdə hər gün 100-ə yaxın əsgər itiririk

22 May 2022 20:44 (UTC+04:00)

“Ukraynanın şərqində Rusiyaya qarşı müharibədə hər gün 50-dən 100-ə qədər əsgərimiz həlak olur. Bu istiqamət çox çətin yerdir".

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Polşa prezidenti Anjey Duda ilə görüşündən sonra deyib.

Ukrayna prezidenti əsgərlik yaşına çatmış kişilərin Ukraynanı tərk etməsinə qoyulan qadağaya münasibət olaraq qeyd edib ki, ordu hər gün itki verir: "Onlar bizim azadlığımızı və müstəqilliyimizi müdafiə edirlər. Bu haqda dünya danışır. Biz güclü, dözümlü olmalıyıq".