Paşinyan Mişellə Azərbaycanla münasibətləri müzakirə etdi

22 May 2022 20:13 (UTC+04:00)

Brüsseldə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü olub.

Teleqraf.com xəbər verir ki, tərəflər Ermənistan-Azərbaycan münasibətlərini, ötən görüşdə tərəflərin razılaşdıqları məsələlərin icra vəziyyətini müzakirə ediblər.

Qeyd edək ki, artıq Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.