Şarl Mişel: “Aİ səylərini davam etdirəcək”

22 May 2022 21:27 (UTC+04:00)

“Avropa İttifaqı Ermənistan ilə Azərbaycan arasında vasitəçilik səylərini davam etdirəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşündə deyib.

Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə edib, vasitəçilik səylərini davam etdirəcəyini bildirib və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxunub.

Şarl Mişel Brüsseldə bu formatda görüşdə iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.