Azərbaycanlı rejissordan cəsarətli addım - Rusiyadan imtina

22 May 2022 22:41 (UTC+04:00)

Azərbaycanlı rejissor Tahir Tahiroviç Ukraynadakı müharibəyə görə Rusiyada keçirilən festivaldan imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə rejissor sosial şəbəkədə məlumat verib.

O, Krımda keçirilən "Zolotoy Vityaz" festivalından "Qırmızı" filminin çıxarılması üçün müraciət edib.

Müraciətdə deyilir: "Hörmətli həmkarlar! Sizə festivalda uğurlar arzulayıram. Təəssüflər olsun ki, mən sizin festivalda iştirak etmək istəmirəm. Ukraynada baş verən hadisələrə etiraz əlaməti olaraq sizdən xahiş edirəm ki, filmimi "Zolotoy Vityaz" festivalı proqramından çıxarasınız".