Ukrayna Rusiya ilə danışıqlardan niyə imtina edir? - Əsas şərt

23 May 2022 00:56 (UTC+04:00)

“Ukrayna rus qoşunlarının ölkə ərazisindən tamamilə çıxarılmasını tələb edir və bu, danışıqların başlanması üçün əvəzsiz şərtdir”.

Teleqraf.com xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, Rusiya bəzi hərbi uğurları qeydə almaq istəyir.

"Ancaq Qərb tərəfdaşlarımızın köməyi ilə, şübhəsiz ki, ruslar üçün hərbi uğur olmayacaq", - Podolyak deyib.