Rus hərbçisinə hökm oxunacaq - Ukraynada etdiklərinə görə

23 May 2022 10:55 (UTC+04:00)

Bu gün Kiyevin Solomyanski Rayon Məhkəməsi Sumı vilayətində mülki vətəndaşı öldürməkdə təqsirləndirilən rusiyalı hərbçi Vadim Şişimarin barəsində hökm oxunacaq.

Teleqraf.com xəbər verir ki, bu hökm Rusiya ordusunun hərbçisinin iştirak etdiyi və Ukrayna torpaqlarında işğalçıların vəhşilikləri, hərbi cinayətlərinin müzakirə predmeti olduğu ilk məhkəmə prosesi kimi tarixə düşəcək.

Şişimarin qəsdən adam öldürməkdə təqsirli bilinib, ona qarşı müharibə qanunlarını və adət-ənənələrini pozma (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Prokurorluq Rusiya hərbçiləri üçün bu maddə üzrə ən ağır cəza olan ömürlük həbs tələb edir.

Qurbanın arvadı işğalçıya ömürlük həbs cəzası və ya Azovstal döyüşçüləri ilə dəyişdirilməsini istəyib.

Rusiya hərbçilərinin açıq məhkəməsi mayın 18-də başlayıb. Şişimarin günahını tam etiraf edib və mayın 20-də növbəti iclasda son sözünü deyib.