Ruslar bu istiqamətlərdə müdafiəni yarmaq istəyir - Baş Qərargah

23 May 2022 12:35 (UTC+04:00)

Rusların Ukrayna ordusunun müdafiəsini yarmağa çalışdığı yerlər açıqlanıb.

Teleqraf.com xəbər verir ki, rusların yarmaq istədiyi cəbhə xətləri ilə bağlı Baş Qərargahın "Facebook" səhifəsində məlumat verilib.

Ukrayna Silahlı Qüvvələri bildirib ki, Luqansk vilayətində yaşayış məntəqələrindən birinin ərazisində düşmən hücum əməliyyatları keçirib.

“Donetsk istiqamətində rus ordusu qoşunlarımızın müdafiəsini yarıb Luqansk vilayətinin inzibati sərhədlərinə çatmağa çalışır”,- məlumatda deyilir.

Bildirilir ki, rus ordusu Liman, Ozernoe və Dubrava yaşayış məntəqələri ərazilərində infrastruktur obyektlərini atəşə tutublar:

“Severodonetsk istiqamətində düşmən cəmləşib. Onun səyləri Severodonetsk qəsəbəsi istiqamətində və Toşkovka ərazisində hücum əməliyyatlarına yönəlib. Yujnobuqski istiqamətində də Müdafiə Qüvvələrinin mövqeləri top və raket artilleriyasından atəşə tutulub".