Baş Qərargah rəisi "TEKNOFEST Azərbaycan"a baxış keçirdi

23 May 2022 11:47 (UTC+04:00)

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev "TEKNOFEST Azərbaycan" festivalının keçiriləcəyi əraziyə baş çəkib.

Teleqraf.com xəbər verir ki, o, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin festivalda nümayiş etdiriləcək texnikalarına baxış keçirib.

General-polkovnik həmçinin "Bayraktar TB2" və "Akıncı" pilotsuz uçuş aparatlarının yerləşdiyi pavilyonları ziyarət edib.