Rusiya Ukraynadakı barbarlığının uzunmüddətli bədəlini ödəməlidir - Bayden

23 May 2022 15:20 (UTC+04:00)

Rusiya uzunmüddətli perspektivdə Ukraynadakı müharibənin əvəzini ödəməlidir. Moskva bu barbarlığın cəzasını çəkməlidir ki, Çin də Tayvanı işğal etmək fikrinə düşməsin.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiyaya səfər edən ABŞ Prezidenti Co Bayden deyib.

Amerika lideri qeyd edib ki, Rusiya Ukraynadakı barbarlığa görə uzunmüddətli bədəl ödəməlidir: “Bunlar artıq ABŞ və müttəfiqləri tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır”.

Bayden əlavə edib ki, bu, təkcə Ukraynaya aid deyil. O vurğulayıb ki, Rusiyaya qarşı sanksiyaların ləğvi Çini Tayvanı güc yolu ilə ələ keçirməyə həvəsləndirə bilər.