"Qarabağ"ın hədəfi Çempionlar Liqasıdır - Baş məşqçi

23 May 2022 15:59 (UTC+04:00)

"Qarabağ" olaraq bu il hədəfimizə çatdıq, ölkə çempion olduq. Hazırda hədəfimiz Çempionlar Liqasıdır.

Teleqraf.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində idman ictimaiyyəti ilə görüşündə deyib.

Onun sözlərinə görə, qarşıda komandanı qeyri-stabil günlər gözləyir: "Keçən il çempionlar liqasında iştirak edə bilmədik. Çox istərdim ki, bu il play-off mərhələsinə qədər irəliləyək. Biz qalib gəlməyə, hədəfimizə çatmaya bilərik. Amma meydanda döyüşməyə bilmərik. Mən çalışıram ki, futbolçularımızı meydanda yaxşı döyüşçü kimi yetişdirim".