Qazaxıstandan Rusiyaya şok – İlk sanksiya gəldi

23 May 2022 23:42 (UTC+04:00)

Rusiya banklarının üç törəmə şirkətinin Qazaxıstandakı hesablarındakı 21.6 milyon dollara çıxış bloklanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Qazaxıstanın Maliyyə Bazarlarının Tənzimlənməsi və İnkişafı Agentliyinin rəhbəri Mədinə Əbilqasımova məlumat verib.

“Sanksiyalar fonunda bəzi xarici banklar xarici valyutada olan müxbir hesablarını bloklayıblar. Nəticədə, bankların məlumatına görə, bu bank hesablarındakı ümumi məbləği 9.2 milyard təngəyə (2.6 milyon dollar) yaxın məbləğ dondurulub”, - Əbilqasımova bildirib.

Bura Rusiyanın “Sberbank”, “Alfa-Bank” və VTB banklarının Qazaxıstandakı filialları daxildir.

Əbilqasımovanın sözlərinə görə, müştərilərin hesablarını açmaq üçün ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsindən lisenziya almaq lazımdır.

Qazaxıstandakı “Alfa-Bank”ın yeni sahibi artıq lisenziya almaq barədə məktub göndərib.

Bundan əvvəl “Sberbank”, “Alfa-Bank” və VTB Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə görə ABŞ-ın sanksiyalarına məruz qalıb.

Bundan əvvəl Qazaxıstan Rusiyaya tətbiq edilən sanksiyalardan yan keçməyəcəyini açıqlayıb.