Sərhədin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq

23 May 2022 19:12 (UTC+04:00)

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq.

Teleqraf.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etməlidir.