İrəvanda XİN-in binası mühasirəyə alındı - Video

24 May 2022 10:20 (UTC+04:00)

İrəvanda revanşist mövqeli “Müqavimət hərəkatı”nın üzvləri baş nazir Nikola Paşinyan və komandasına qarşı etiraz çərçivəsində Ermənistan Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alıb

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, XİN-in qarşısındakı aksiyaya revanşist İsxan Saqatelyan rəhbərlik edir.

“XİN-in binasındakı soydaşlarımıza müraciət edirik, orada Nikoladan ayrı hazırlanmış diplomatlar var, xəyanətə görə məsuliyyət daşımayın”,- Saqatelyan çıxışı zamanı deyib və XİN əməkdaşlarını işçiləri içəri buraxmamağa çağırıb.

Qeyd edək ki, XİN-in qarşısında toplaşan erməni müxalifət fəallarının sayı elə də çox deyil və bu qüvvə ilə İrəvanda hakimiyyəti dəyişmək imkanları ağlabatan görünmür.