Hərbi liseydə yüngül atletika üzrə yarış keçirildi - Foto

24 May 2022 16:10 (UTC+04:00)

Cəmşid Naxçıvanski adına hərbi liseydə Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynovun xatirəsinə həsr olunan yüngül atletika üzrə yarış keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Proqrama uyğun olaraq kursantlar 100 və 2400 metr məsafəyə qaçış, hündürlüyə və uzununa tullanma üzrə birincilikdə güclərini sınayıblar.

Yekunda qaliblərə kubok və diplomlar təqdim edilib.