Sudan məhkəməsindən şok qərar: Qadını öldürən qoç həbs edildi

24 May 2022 20:22 (UTC+04:00)

Cənubi Sudanda məhkəmə 45 yaşlı Ade Çapinqin öldürülməsi ilə bağlı hökmü elan edib.

Teleqraf.com Sudanın "Eye Radio" radiosuna istinadən xəbər verir ki, bir ay əvvəl Cənubi Sudanın şərqindəki Rumbek şəhərində 45 yaşlı Ade Çapinq qoçun hücumuna məruz qalıb.

Heyvan buynuzlarını bir neçə dəfə qadına vuraraq onun qabırğalarına ciddi ziyan vurub. Qadın yerindəcə keçinib. Qoyun qətldə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Heyvan Sudanın Aduel rayonundakı hərbi bazaya göndəriləcək.

İlkin olaraq istintaq günahı heyvanın diqqətsiz sahibinin üzərinə atmışdı.

Ölkə qanunlarına görə, cəzaçəkmə müddəti başa çatdıqdan sonra məhkum zərərçəkmişin ailəsinə gedəcək. Həmin vaxta qədər qatilin sahibi təzminat olaraq qurbanın ailəsinə beş inək verməlidir.