Ruslar Severodonetski mühasirəyə almağa çalışır

25 May 2022 10:15 (UTC+04:00)

Severodonetskin atəşə tutulması nəticəsində 6 nəfər ölüb, ən azı 8 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

“Ruslar bilirlər ki, Severodonetsk “Azot”da bomba sığınacaqları var və ora mərmi göndərirlər. Dünən orada 4 yerli sakini öldürüblər, daha 3 nəfər xəstəxanaya yerləşdirilib. Düşmən də bilir ki, hansı məktəblərdə sığınacaq var. Təsadüfi deyil ki, mayın 24-də məktəblərdən birinin yaxınlığında bir qadın yaralanıb. İşğalçı bu məlumatı dronlardan, həmçinin topçuların məlumatlarından istifadə edərək toplayır” - Qayday bildirib.

Onun sözlərinə görə, son günlər yaşayış massivinin davamlı olaraq atəşə tutulması səbəbindən ölüm hadisələri yerinə çatmaq son dərəcə çətinləşib.

O əlavə edib ki, şəhərin köhnə hissələrində daha iki nəfər ölüb, 4 nəfər yaralanıb. Mayın 24-də ümumilikdə 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Bir qadının ayağı amputasiya edilməli olub.

Xatırladaq ki, Aleksey Arestoviçin sözlərinə görə, ruslar indi “ikinci Mariupol”u təşkil edərək Lisiçansk və Severodonetski mühasirəyə almağa çalışırlar.