Tərtərdə qətl törədən gəncin məhkəməsi başlayır

25 May 2022 10:20 (UTC+04:00)

Tərtər rayonunda qətl törətməkdə təqsirləndirilən İlkin Nəzərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Roman Ələkbərlinin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu ilin fevralında baş verib.

2004-cü il təvəllüdlü İlkin Nəzərov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 2001-ci il təvəllüdlü Elgün Qurbanlını bıçaqlayaraq qətlə yetirib.

Daha sonra İlkin Nəzərov saxlanılaraq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.