Yazıçı İlqar Fəhmi müsabiqənin qalibi oldu

25 May 2022 11:58 (UTC+04:00)

Qarabağ – Vətən müharibəsi mövzusunda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “2783…” adlı pyes müsabiqəsinin qalibi müəyyən olunub.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, müsabiqəyə təqdim edilən əsərlərdən yazıçı-dramaturq İlqar Fəhminin “Balaca kişilər” pyesi münsiflər heyətinin yüksək qiymətləni alaraq qalib elan olunub.

Pyesə teatrda quruluş veriləcək və bu il Zəfər günündə tamaşa sənətsevərlərə təqdim olunacaq.

Həmçinin müsabiqə şərtlərinə görə əsər “Azərbaycan” dərgisində işıq üzü görəcək.