Abşeronda qəza törədən sürücü öldü

25 May 2022 11:30 (UTC+04:00)

Abşeron rayonunun Fatmayı kəndi ərazisində yol qəzasl olub.

Teleqraf.com xəbər verir ki, Oğuz rayon sakini Ramin Səmədovun idarə etdiyi “VAZ-21154” və kənd sakini R.Salayevin idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü xəsarətlə xəstəxanaya yerləşdirilib, R.Səmədov orada ölüb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.