Fransa rəsmisi əmin etdi: “Ukrayna Avropa İttifaqının bir hissəsi olacaq”

25 May 2022 14:55 (UTC+04:00)

Fransanın Avropa məsələləri üzrə dövlət katibi Kleman Bon Ukraynanın son nəticədə Avropa İttifaqının bir hissəsi olacağını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlunmat yayıb.

“Mən əminəm ki, Ukrayna Avropa İttifaqının bir hissəsi olacaq. Biz bilirik ki, bu, vaxt tələb edir və bu müddətdə biz özümüzə sadəcə gözləmək imkanı tanıya bilmərik”.

K.Bon əlavə edib ki, növbəti addım avropalı tərəfdaşlarla təşəbbüsün detallarını müzakirə etmək olacaq.

Bundan əvvəl K.Bon bildirmişdi ki, Ukraynanın Avropa İttifaqına daxil olması uzun prosesdir və 15, yaxud 20 il çəkə bilər. O hesab edir ki, bu uzun proses zamanı Aİ Ukraynaya və ona qoşulmaq istəyən digər ölkələrə bəzi imtiyazlar təklif edə bilər.