Səlcuq Bayraqdara Azərbaycanda fəxri ad verildi

25 May 2022 14:46 (UTC+04:00)

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdara Azərbaycan Texniki Universitetinin fəxri elmlər doktoru adı verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib.

“Bu günə qədər cəmi 15 nəfərə bu universitetin fəxri doktoru adı verilib, onlardan biri də Səlcuq Bayraqdardır”, - deyə o bildirib.