Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

25 May 2022 15:45 (UTC+04:00)

Azərbaycan Müdafiə Nazirliyi ilə Latviya Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezidernt İlham Əliyev fərman imzalayıb.

Sənədə əsasən, 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.