Üç rayonun qaz təchizatında fasilə yaranacaq – Xəbərdarlıq

25 May 2022 17:51 (UTC+04:00)

Gədəbəy, Şəmkir və Yevlax rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Teleqraf.com-a İstehsalata Birliyindən məlumat verilib.

Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Şəmkir-Gədəbəy” yüksək təzyiqli magistral qaz xəttində yaranmış qaz sızmalarının ləğvi və “Aran” QPS-də görüləcək təmir işləri ilə əlaqədar, mayın 26-da saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Çənlibel” və “Gədəbəy” QPS-lərdən, “Zəhmət” və “Morul” QTM-lərdən, “Yastı Meşə” və “28 May (Aran)” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.