Kuleba: "Donbasda vəziyyət “son dərəcə pis”dir

25 May 2022 22:58 (UTC+04:00)

Donbassdakı hazırkı vəziyyət Ukrayna ordusu üçün “son dərəcə pisdir” və Ukrayna raket almasa, vəziyyət daha da pisləşə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Kuleba əlavə edib ki, Ukrayna yüksək dəqiqlikli raket silahları almasa, Donbasda vəziyyət “daha ​​da pisləşəcək”.

O, qeyd edib ki, bu silahlar olmasa, Ukrayna Silahlı Qüvvələri Xersonu “azad edə” bilməyəcək, nəticədə Rusiya mərkəzi və cənub istiqamətlərində strateji üstünlük əldə edəcək.

Onun sözlərinə görə, ABŞ artıq Kiyevə müvafiq vədlər verib.